İtaliya nəhəngi 18 milyonluq transfer razılaşdırdı

İtaliya nəhəngi 18 milyonluq transfer razılaşdırdı

“Milan” yeni mövsüm öncəsi müdafiə xəttini gücləndirib. 

Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi "Zalsburq"un futbolçusu Strahinya Pavloviçi transfer edib.

Bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, serbiyalı futbolçu "rossonerilər"lə uzunmüddətli müqavilə imzalayıb. 

Mərkəz müdafiəçisi "Milan"a 18 milyon avroya başa gəlib. İtaliya klubu futbolçunun keçidini tezliklə rəsmən elan edəcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər