İtaliya Kuboku: "Yuventus" mübarizəni dayandırdı

İtaliya Kuboku: "Yuventus" mübarizəni dayandırdı

İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Yuventus” öz meydanında “Empoli” ilə qarşılaşıb. “Empoli” rəqibini penaltilər seriyasında məğlub edərək sonuncu yarımfinalçı olub.

Daha öncə “İnter”, “Bolonya” və “Milan” da yarımfinala yüksəlmişdilər. “İnter” yarımfinalda “Milan”la, “Empoli” isə “Bolonya” ilə qarşılaşacaq.

İtaliya Kuboku 1/4 final 26 fevral

Yuventus – Empoli 1:1 (penaltilər 2:4) Qollar: Türam, 66 – Male, 24.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər