İtaliya Kuboku: "Fiorentina" və "Yuventus" yarımfinala yüksəldilər

İtaliya Kuboku: "Fiorentina" və "Yuventus" yarımfinala yüksəldilər

Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

“Atalanta” Berqamoda “Fiorentina”ya uduzub. Gərgin dueli qələbə ilə başa vuran "bənövşəyilər" adını yarımfinala yazdırıb.

“Yuventus” isə Turində “Sassuolo”nu çətinliklə üstələyərək növbəti mərhələyə çıxıb. 

İtaliya Kuboku 1/4 final

10 fevral   Atalanta – Fiorentina 2:3 Qollar: Zappakosta, 30. Boqa, 56 – Pyontek, 9-pen; 71. Milenkoviç, 90+3.   Yuventus – Sassuolo 2:1 Qollar: Dibala, 3. Ruan, 88-öz qapısına – Traore, 24.

9 fevral   Milan – Latsio 4:0 Qollar: Leao, 24. Jiru, 41; 45+1. Kessye, 79.

8 fevral   İnter – Roma 2:0 Qollar: Dzeko, 2. A.Sançes, 68.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər