İtaliyanın "Bolonya" klubu polşalı qapıçısı Lukaş Skorupski ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
34 yaşlı qolkiperin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, 2018-ci ildən "Bolonya"da olan Skorupski ötən mövsüm İtaliya Kubokunun qalibi olub.
Nihat