İtaliya futbolunda şok: Klublar istintaqa cəlb olundu

İtaliya futbolunda şok: Klublar istintaqa cəlb olundu

İtaliya prokurorluğu futbol klublarında maliyyə yoxlamalarına başlayıb. Fanat.az xəbər verir ki, yoxlamalar A və B Seriyası başda olmaqla bir çox liqalarda aparılır.

«Milan», «İnter» və «Napoli» başda olmaqla istintaqa 41 klub daxil edilib. Bu klubların ofisinə basqın edən polis maliyyə sənədlərini götürüb.

Ümumilikdə 12 müstəntiqin apardığı istintaqa klublarla yanaşı, bir çox futbolçu, məşqçi və klub rəsmisi də cəlb olunub.

Prokuorluq xüsusən futbolçu transferlərindəki saxtakarlıqları araşdırır.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər