İtaliya Dövlət Şurasından "Yuventus"la bağlı qərar - Daha bunu edə bilməyəcək

İtaliya Dövlət Şurasından "Yuventus"la bağlı qərar - Daha bunu edə bilməyəcək

İtaliya Dövlət Şurası "Yuventus"un tituldan məhrum edilməsi ilə bağlı Futbol Federasiyasına (FIGC), Olimpiya Komitəsinə (CONI) və "İnter"ə etdiyi müraciəti rədd edib. 

Fanat.Az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, məhkəmənin qərarı qətidir.  Beləliklə, "Yuventus" daha apellyasiya şikayəti verə bilməyəcək.

Xatırladaq ki, 2005/2006 mövsümündə "Yuventus" danışılmış oyunlarında iştirakda ittiham olunub. Komanda Skudettonu qazansa da, komanda liqa titulundan məhrum edilərək B Seriyasına göndərilib və kubok “İnter”ə verilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər