İtaliya çempionunda iki yeni müqavilə

İtaliya çempionunda iki yeni müqavilə

İtaliya A Seriyasının son qalibi "İnter" təcrübəli müdafiəçilər Françesko Açerbi və Matteo Darmianla müqaviləni uzadıb .

Fanat.Az xəbər verir ki, milanlılar məlumatı rəsmi saytı vasitəsilə yayıblar.

Hər iki futbolçu ilə 2026-cı ilin yayına qədər müddətə yeni müqaviləsi bağlanıb. Sövdələşmələrin digər şərtləri açıqlanmayıb.

Açerbi 2023-cü ilin yayından, Darmian isə 2021-ci ilin iyulundan “neradzurri”nin şərəfini qoruyur. 36 yaşlı Françesko bu mövsüm 9 matçda 1 məhsuldar ötürmə edib. 34 yaşlı Matteo isə 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Simone İnzaqinin komandası A Seriyasında ikinci pillədə qərarlaşıb. “İnter” oktyabrın 30-da “Empoli” ilə səfərdə üz-üzə gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər