İtaliya A Seriyasısında 2-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün son 2 oyun baş tutub.
“Kalyari” – “Komo” matçında qalib müəyyənləşməyib. Səfərdə “Verona” ilə qarşılaşan “Yuventus” isə darmadağına sevinib.
İtaliya A Seriyası 2-ci tur 24 avqust
Parma – Milan 2:1 Qollar: Man, 2. Kançelyeri, 77 – Pulişiç, 66.
Udineze – Latsio 2:1 Qollar: Lukka, 5. Toven, 49 – İsaksen, 90+5.
İnter – Leççe 2:0 Qollar: Darmian, 5. H.Çalhanoğlu, 69-pen.
Montsa – Cenoa 0:1 Qol: Pinamonti, 45+7.
25 avqust
Fiorentina – Venesiya 0:0
Torino – Atalanta 2:1 Qollar: İliç, 31. Adams, 49 – Reteqi, 26.
Roma – Empoli 1:2 Qollar: Şomurodov, 80 – Qyasi, 45. Kolombo, 61-pen.
Napoli – Bolonya 3:0 Qollar: Di Lorenso, 45+2. Kvaratsxeliya, 75. C.Simeone, 90+4.
26 avqust
Kalyari – Komo 1:1 Qollar: Pikkoli, 44 – Kutrone, 53.
Verona – Yuventus 0:3 Qollar: Vlahoviç, 28; 53-pen. Savona, 39.