İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı

İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı
Baş məşqçi Kike Setyenin "Barselona"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, oyunçular Setyeni dəstəkləmirlər. Köməkçi-məşqçi Eder Sarabiyanın davranışları futbolçular və məşqçilər heyəti arasında problemlərə səbəb olub.
61 yaşlı mütəxəssisin "Barsa"dakı gələcəyi təhlükə altındadı. Onun yaxın günlərdə istefaya göndəriləcəyi istisna deyil. Hər şey La Liqada çempionluq yarışının gedişatından asılı olacaq.
33 turdan sonra aktivində 70 xalı olan "katalonlar" turnir cədvəlinin ikinci sırasında qərarlaşıb və lider "Real"dan 1 xal geri qalır. Madrid klubu əzəli rəqibindən bir oyun az keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər