İsrailli futbolçu "Simurq"dan gedir

İsrailli futbolçu "Simurq"dan gedir
"Simurq"un qış fasiləsində yollarını ayıracağı daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, İdan Veytzman komandadan gedəcək.
Buna səbəb israilli etimadı doğrultmamasıdı. Yayda "Bney Saknin"dən transfer olunan 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada cəmi 6 oyuna çıxıb. Baş məşqçi Georgi Çixradze onun hazırlıq səviyyəsindən narazıdı.
Bundan başqa Nicat Qurbanovun da "Neftçi"yə dönəcəyi məlumdu. 12 oyunda 2 qola imza atan futbolçu müqavilə ilə məxsus olduğu komandanın razılığı olacağı halda qış fasiləsindən sonra yenidən "Simurq"a kömək edə biləcək.
Qeyd edək ki, artıq Rövşən Əmiraslanov "Simurq"dan ayrılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər