Hollandiyanın "Vitess" klubu Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində başlayan təlim-məşq toplanışına Dan Morisiz gedib. Fanat.az xəbər verir ki, israilli futbolçu ərəb ölkəsinə buraxılmayıb.
"Radio One" kanalına açıqlama verən "Vitess"in mətbuat katibi Ester Bal oyunçunun BƏƏ-yə buraxılmadığını bildirib: "Təşkilatçılar əvvəlcə bizə Dan Morinin ölkəyə girişində heç bir problem olmayacağını və təhlükəsizliyin təmin ediləcəyini bildirmişdi. Lakin sonradan belə bir problemlə qarşılaşdıq".
Əbu Dabiyə buraxılmayan Dan Mori Hollandiyada qalaraq "Vitess"in gənclərdən ibarət komandası ilə məşq etməyə məcbur olub.
"Vitess" rəhbərliyi Dan Morinin BƏƏ-yə buraxılmadığını açıqlasa da, hollandiyə mətbuatı israilli futbolçunun ərəb ölkəsinə getməkdən imtina etdiyini iddia edib.
Holland siyasətçilər futbolçunun və klubun bu qərarını "qorxaqlıq" adlandırıb. Xristian Demokrat Partiyasının liderlərindən olan Pieter Omtziq klubu qınayıb: "Vitess" Morini heyətə salmamaqla onun bu cür davranmasına cəsarət verdi".
PVV lideri, İslama qarşı çıxışları ilə tanınan siyasətçi Qeert Vilders "Birləşmiş Ərəb Əmirlikləri bu hərəkətlə yəhudilərə olan nifrətini göstərmiş oldu" deyib.
Futbolçu özü isə telefonla təhdidlər aldığını bildirib və bunu komandadan ayrı düşməsinin səbəblərindən biri kimi qiymətləndirib: "Kimliyimlə fəxr edirəm".
Hollandiya Futbol Federasiyası ilə olayın tamamilə siyasi bir hadisə olduğunu və bu davanın tərəfi olmayacağını açıqlayıb.
Fanat.az