Uzun illərdi davam edən İsrail - Fələstin müharibəsi Cənubi Amerikaya sıçrayıb. Fanat.az xəbər verir ki, müsəlmanlarla yəhudilər arasındakı mübarizə Çilidə futbola sirayət edib.
Belə ki, 1920-ci ildə Çilinin paytaxtı Santiaqoda yaşayan azsaylı fələstinlilər tərəfindən yaradılan "Deportivo Palestino" klubu 2014-cü ildə geyinəcəyi formaları təqdim edib. Lakin formaların üzərindəki rəqəm yəhudilərin etirazına səbəb olub. Çünki forma nömrələrində imtifadə olunan "1" rəqəminin forması Fələstin xalqının ürəyindəki İsrail xəritəsini xatırladır.
Bu addım yəhudi cəmiyyətinin etirazına səbəb olub. Cəmiyyət klubu terrorizmi təbliğ etməkdə suçlayıb. Ölkədəki yəhudi birliyinin rəhbəri Cerardo Qorodişçer açıqlamasında "Minlərlə kilometr uzaqlıqdakı bir siyasi gərginliyi futbola gətirərək görə biləcəyiniz tək iş bu oyunu nifrət məqsədi ilə istifadə etməyiniz olacaq" deyib.
Eyni zamanda ölkədəki yəhudi dərnəkləri Çili Futbol Federasiyasından formaların qadağan edilməsini və klubun cərimələnməsini tələb edib.
Fanat.az