Mövsümün sonunda heyəti gücləndirmək niyyətində olan "Barselona"nın transfer planları açıqlanıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 4 futbolçunun keçidini həll etməyə hazırlaşır.
Klub rəhbərliyi onlardan ikisi üçün transfer məbləği ödəyəcək. Belə ki, "Barselona" "Vilyarreal"ın cinah oyunçusu Xuan Foiti və "Atletiko Paranaense"nin hücumçusu Vitor Rokeni heyətinə qatmaq istəyir.
Bu transferlərə əlavə olaraq, kataloniyalılar potensial azad agentlər İlkay Gündoğan ("Mançester Siti") və İniqo Martinez (Atletik) ilə müqavilə bağlamaq niyyətindədir.
"Barselona" hazırda İspaniya La Liqasında əzəli rəqibi "Real Madrid"i 9 xal qabaqlayaraq turnir cədvəlinə liderlik edir.
Mirağa