İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

"Mançester Siti"nin hücumçusu Erlinq Holandın karyerasını İspaniya nəhəngində davam etdirəcəyi ilə bağlı informasiyalar səngimir. 

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "El Nacional" yayıb.

Xəbərə görə, norveçli ulduz "Barselona"ya keçməyə yaxındır. Mənbə Kataloniya təmsilçisinin ulduz forvardın müqaviləsində əksini tapan sərbəstqalma məbləğini - 175 milyon avronu 2026-cı ilin yayında ödəyərək onu transfer etməyi hədəflədiyini vurğulayıb. Yazılanlara inansaq, maliyyə problemləri olan "blauqrana" gələn ilədək bu vəsaiti toplamağı qarşısına məqsəd qoyub. 

Qeyd edək ki, cari mövsüm MS forması ilə bütün turnirlərdə 41 matça çıxan Holand 30 qolla yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər