PSJ-nin forvardı Kilian Mbappenin keçidindən imtina edən "Real Madrid" böyük transfer əməliyyatına hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin məlumatına görə, "Kral klubu" yayda 3 ulduz futbolçunu əldə etmək üçün 300 milyon avroluq büdcə ayırıb.
Söhbət "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya, "Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellinqhem və "Mançester Siti"nin yarımmüdafiəçisi Joau Kanseludan gedir.
"Transfermarkt" Kvaratsxeliyanın dəyərini 60, Kanselunu 70, Bellinqhemi isə 110 milyon avro qiymətləndirir. Ancaq "Real" onlar üçün daha çox xərcləməyə hazırdır.
Mirağa