"Real Madrid" yeni transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, fransız müdafiəçi Leni Yoro tezliklə “Kral klubu"nun sıralarına qoşulacaq. İspaniya nəhəngi futbolçu ilə transferlə bağlı anlaşıb. İndi Madrid klubu futbolçunun transferi üçün pul təzminatının məbləği ilə bağlı "Lill" ilə razılaşmalıdır.
Yoro ötən mövsüm Fransa təmsilçisinin heyətində bütün turnirlərdə 44 oyun keçirib. Müdafiəçi bu matçlarda 3 qol vurub. Tərəflər arasında hazırki müqavilənin müddəti gələn ilin yayında başa çatacaq.
Mirağa