İspaniya klubu 38 yaşlı rekordçu ilə müqavilə yenilədi - RƏSMİ

İspaniya klubu 38 yaşlı rekordçu ilə müqavilə yenilədi - RƏSMİ

İspaniyanın La Liqa təmsilçilərindən olan "Selta" təcrübəli hücumçusu Yaqo Aspasla müqavilə yeniləyib. 

Fanat.Az Viqo klubunun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu 1 mövsümlük anlaşmaya imza atıb.

Ön xətt oyunçusunun karyerasını bitirəndən sonra klubun strukturunda fəaliyyətə başlayacağı vurğulanıb.

"Selta"nın yetirməsi olan Aspas klub tarixində qol və oyun sayına görə rekordçudur. Cari mövsüm bütün turnirlərdə 47 matça çıxan İspaniya millisinin sabiq üzvü 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər