İspaniya futbolunda ağır itki

İspaniya futbolunda ağır itki
İspaniya futbolunda ağır itki baş verib. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin milli komandasının və “Barselona”nın sabiq qapıçısı Antoni Ramalets dünyasını dəyişib. 
89 yaşlı qolkiper 1946-cı ildən 1962-ci ilə qədər Kataloniya təmsilçisinin formasını geyinib. O, “Barsa”nın heyətində altı dəfə (1947/48, 1948/49, 1951/52, 1952/53, 1958/59, 1959/60) İspaniya çempionu olub. Ramalets yığma komandasının çərçivəsini isə 35 dəfə qoruyub. 
Qeyd edək ki, Antoni peşəkar futbol karyerasını 1962-ci ildə “Barselona”da başa vurub. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər