İspan nəhəngi transfer edə bilməyəcək - SƏBƏB

İspan nəhəngi transfer edə bilməyəcək - SƏBƏB

"Atletiko" bu yay transfer edə bilməyəcək. Fanat.Az xəbər verir ki, buna səbəb FIFA-nın qoyduğu iki dönəmlik transfer qadağasıdı.

Qadağanın ilk dönəmini qışda çəkən Madrid klubu İdman Arbitaj Məhkəməsinə (CAS) şikayt etmişdi. Lakin məhkəmə iddianı təmin etməyib və FIFA-nın qərarını qüvvədə saxlayıb. Bu isə o deməkdi ki, "Atletiko" yanvara qədər transfer edə bilməyəcək.

Qeyd edək ki, "Real" və "Atletiko"ya 18 yaşından aşağı əcnəbi futbolçuların transferində qaydaları pozduğu üçün iki dönəm transfer qadağası qoyulmuşdu. "Real"ın cəzası bir transfer dönəminə endirilsə də, "Atletiko"ya bu şans verilməyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər