İPL: “Nottingem Forest” və “Everton” təhlükəli zonadan çıxdı

İPL: “Nottingem Forest” və “Everton” təhlükəli zonadan çıxdı

İngitərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub. 

“Fulhem” - “Lester Siti” matçında meydan sahibləri qalib gəliblərsə, “Brayton” - “Everton” görüşündə qonaqlar seviniblər. “Nottingem Forest” isə “Sauthempton”u məğlub yola salıb.

Hazırda “Mançester Siti” 82 xalla zirvədə qərarlaşıb. “Arsenal” 81 xalla ikinci, “Nyukasl” 65 xalla 3-cüdür. “Mançester Yunayted” 63, “Liverpul” 62, “Tottenhem” 57, “Brayton” 55 xal toplayıb.

İngiltərə Premyer Liqası 35-ci tur 6 may

Bornmut – Çelsi 1:3 Qol: Vina, 21 – Qallaxer, 9. Badiaşile, 82. J.Feliks, 86.

Mançester Siti – Lids 2:1 Qol: İ.Gündoğan, 19; 27 – Rodriqo, 85.

Tottenhem – Kristal Pelas 1:0 Qol: H.Keyn, 45+1.

Vulverhempton – Aston Villa 1:0 Qol: Toti, 9.

Liverpul – Brentford 1:0 Qol: Salah, 13.

7 may

Nyukasl – Arsenal 0:2 Qol: Edeqor, 14. Şer, 71-öz qapısına.

Vest Hem – Mançester Yunayted 1:0 Qol: Benrahma, 27.

8 may

Fulhem – Lester Siti 5:3 Qol: Villian, 10; 70. K.Vinisius, 18. Kerni, 44; 51. 

Brayton – Everton 1:5 Qol: Makallister, 79 – Dukure, 1; 29. Stil, 35-öz qapısına. Maknil, 76; 90+6.

Nottingem Forest – Sauthempton 4:3 Qol: Avoniyi, 18; 21. Gibbs-Uayt, 44. Danilo, 73 – K.Alkaras, 25. Lyanko, 51. Uord-Prauz, 90+6-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər