İPL klubu türk hücumçu ilə 4 illik müqavilə bağladı - RƏSMİ

İPL klubu türk hücumçu ilə 4 illik müqavilə bağladı - RƏSMİ

İngiltərənin "Bornmut" klubu Türkiyə millisinin hücumçusu Enes Ünalla 4 illik müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "gilənarlar"ın rəsmi saytı yayıb.

Sözügedən oyunçu anlaşmaya qol çəkəndən sonra fikirlərini də bölüşüb: "Yeni mövsümdə "Bornmut"da olacağım üçün şadam. Özümü Premyer Liqada sınamağım xoşuma gəldi. Fiziki formamı bərpa etmişəm və növbəti mövsümü səbirsizliklə gözləyirəm. Düşünürəm ki, bizim inkişaf üçün böyük potensialımız var". 

Qeyd edək ki, Enes bu ilin yanvarında "Xetafe"dən icarəyə götürülmüşdü. 2023/2024 mövsümündə Premyer Liqa təmsilçisinin forması ilə 16 oyuna çıxan 27 yaşlı forvard 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər