İnyesta "Barselona"nı tərk etmək istəyir

İnyesta "Barselona"nı tərk etmək istəyir

İspaniya milli komandasının futbolçusu Andres İnyesta mövsümün sonunda "Barselona" klubunu tərk edə bilər. 

Bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü "El Pais"ə açıqlamasında bildirib.

Kapitan son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olub: "Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barsa"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".

Qeyd edək ki, Andres İnyestanın hazırkı müqaviləsi 2018-ci yayınadək qüvvədədir. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər