Çingiz Ündər Premyer Liqa yolunda

Çingiz Ündər Premyer Liqa yolunda
"Roma"da çıxış edən Çingiz Ündər bu qış İngiltərə Premyer Liqasına transfer oluna bilər.
Fanat.Az "II Mattino"ya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvünü "Tottenhem" və "Everton" heyətinə qatmaq istəyir.
Məlumatda bildirilir ki, "Roma" rəhbərliyi də qışda yeni transferlər etmək istəyir. Bunun üçün isə bir neçə futbolçu satılmalıdı. Satılması nəzərdə tutulan futbolçulardan biri də Çingiz Ündərdi.
Ötən yay türk futbolçunun "Bavariya" və "Arsenal"ın maraq dairəsində olduğu bildirilirdi. 
Qeyd edək ki, Çingiz Ündər "Roma"ya 2017-ci ilin yayında "Başakşəhər"dən 14,25 milyon avroya transfer olunub. O, bu mövsüm meydana çıxdığı 10 oyunda 1 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər