İngiltərə nəhəngindən 68 milyonluq transfer

İngiltərə nəhəngindən 68 milyonluq transfer

“Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavia "Çelsi"yə keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 

Onunla 7 illik müqavilə imzalanıb. 19 yaşlı belçikalının transferi "Çelsi"yə bonuslar nəzərə alınmaqla, 68 milyon avroya başa gəlib. 

Lavia ilə "Liverpul" da maraqlanırdı. Mersisaydlılar transferin məbləği ilə bağlı "Sauthempton"la razılaşmağa yaxın olsa da, "zadəganlar" aradaya girərək anlaşmanı pozub və qarşı tərəfin maliyyə tələblərini ödəyib. Halbuki, London klubu ötən il futbolçuya görə "Sauthempton"un 50 milyon avroluq istəyini yerinə yetirmək istəməyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər