İngiltərə nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

İngiltərə nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

İngiltərənin "Çelsi" klubu yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, London klubu yamaykalı gənc hücumçu Dujuan Riçardsla müqavilə imzalayıb.

Klub bu barədə məlumatı rəsmi saytı vasitəsilə paylaşıb.

Riçards Yamaykanın "Feniks Akademiyası" klubunun gənclərdən ibarət komandasında çıxış edir. O, 2023-cü ilin noyabrında - 18 yaşı tamam olduqdan sonra London klubuna keçəcək.

Dujuan Riçards artıq Yamaykanın böyüklərdən ibarət milli komandasında üç oyun keçirib. O, hazırda millinin heyətində KONKAKAF-2023 "Qızıl Kuboku"nda yarışır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər