"Real Madrid"də çıxış edən almaniyalı yarımmüdafiəçi Toni Kross karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər. Fanat.Az xəbər verir ki, bu barədə “Defensa Centra” məlumat yayıb. Mənbənin məlumatına görə, MS rəhbərliyi futbolçunu gələn yay azad agent kimi almaq istəyir. İyunun sonunda Krossun "kral klubu" ilə müqaviləsinin müddəti başa çatacaq. "Real" ona yeni müqavilə təklif etməsə, o, azad agent olacaq. “Mançester Siti”nin Krossa illik 15 milyon avro təklif etməyə hazır olduğu bildirilir. Toni 2014-cü ilin yayından Madrid klubunun rənglərini qoruyur. Bu La Liqa mövsümündə almaniyalı futbolçu 9 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Mirağa
İngiltərə nəhəngi "Real Madrid"in ulduzunu pulsuz aparır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi