İngiltərə nəhəngi Mbappeni transfer etmək üçün "mənbə" tapdı

İngiltərə nəhəngi Mbappeni transfer etmək üçün "mənbə" tapdı

"Liverpul" PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni transfer etmək üçün üsul müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Teamtalk" yayıb. 

Mənbənin məlumatına görə, mersisaydlılar Məhəmməd Salahı gələn yay satmaqla, fransalının transferinə qapı açmağı planlaşdırır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı klubları ötən yay Salahı almaq istəsə də, “Liverpul” bütün təklifləri rədd etmişdi. Salahın müqaviləsinin bitməsinə 1 il qaldığı üçün razılaşma növbəti mövsüm ərəfəsində baş tuta bilər.

Qeyd edək ki, Mbappe PSJ ilə müqaviləsini uzatmasa, 2024-cü ilin yayında azad agentə çevriləcək. "Real Madrid" də onun xidmətində maraqlıdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər