"Roma"nın və Argentina millisinin hücumçusu Paulo Dibala bu ay İngiltərə nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Witness" yayıb.
Xəbərə görə, Dibalanın xidmətində "Çelsi" maraqlıdır. Mənbə London təmsilçisinin futbolçunun müqaviləsində nəzərdə tutulan təzminat məbləğini - 12 milyon avronu ödəməyə hazır olduğunu vurğulayıb. Anlaşmadakı xüsusi bəndə əsasən, təzminat məbləğinin yanvarın 15-ə qədər qüvvədə qalacağı, "zadəganlar"ın 30 yaşlı oyunçunu yaxın 1 həftədə rənglərinə bağlamağa çalışacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm "canavarlar"ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Paulo 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat