İngiltərə millisinin yeni baş məşqçisi açıqlanıb. Fanat.az xəbər verir ki, yerli federasiya komandanı Sam Ellardaysa tapşırıb.
Bu barədə Avropanın aparıcı media qurumları məlumat yayıb. Həmçinin "wikipedia.org" 61 yaşlı mütəxəssisi İngiltərə millisinin baş məşqçisi kimi təqdim edib.
Qeyd edək ki, Sam Ellardaysın son iş yeri "Sanderlend" olub.
Fanat.az