İngiltərə millisinin üzvü koronavirusa yoluxdu

İngiltərə millisinin üzvü koronavirusa yoluxdu
İngiltərənin "Bornmut" klubunda çıxış edən Aaron Remsdeyl koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə 22 yaşlı qapıçı "The Sun" nəşrinə açıqlamasında bildirib. Qolkiperin təkrar koronavirus testi müsbət çıxıb.
Aaron Remsdeyl bildirib ki, böyük ehtimalla virusa supermarketdə yoluxub: "Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdu. Bu isə o deməkdi ki, sağlam insan belə, daşıyıcı ola bilər".
Qeyd edək ki, Aaron Remsdeyl İngiltərənin U-21 millisinin üzvüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər