"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq vingeri Cessi Linqard 26 təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Hazırda azad agent statusu daşıyan 31 yaşlı futbolçuya dünyanın hər yerindən - Asiya, Avropa, Amerikadan təlabat var. Cənubi Koreya təmsilçisi "Seul" və İtaliyanın adı açıqlanmayan bir klubu isə real namizəddir. Xüsusilə, koreyalılar canfəşanlıq göstərirlər. Onun məhz "Seul" ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Son klubu "Nottinqem Forest" olan Linqard "Mançester Yunayted"dən başqa, "Vest Hem", "Derbi Kaunti", "Brayton" və "Lester"in də formasını geyinib. Başqa sözlə, o, hələ İngiltərədən kənarda oynamayıb.
Qeyd edək ki, sözügedən futbolçu İngiltərə millisində 32 oyuna çıxaraq 6 qola imza atıb.