İngiltərə millisinin sabiq futbolçusu həyatla vidalaşdı

İngiltərə millisinin sabiq futbolçusu həyatla vidalaşdı

İngiltərənin "Liverpul" və "Nottingem Forest" klubunun sabiq futbolçusu Larri Lloyd həyatla vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Nottingem Forest"in mətbuat xidməti məlumat yayıb.

Keçmiş müdafiəçi 75 yaşında vəfat edib.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 1976-1981-cü illərdə "Nottingem Forest"in uğurları üçün çalışıb. O, komanda ilə iki dəfə Avropa Kubokunu (hazırkı Çempionlar Liqası) və ölkə çempionatını qazanıb. Lloyd "Liverpul"la UEFA Kubokuna (hazırkı Avropa Liqası) sahib çıxıb və İngiltərə çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər