İngiltərə millisinin sabiq hücumçusu Pol Mariner dünyasını dəyişib.
Fanat.Az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 68 yaşında həyatla vidalaşıb. Futbol veteranının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mariner 1977-1985-ci illər aralığında İngiltərə millisində oynayıb. Seçmənin formasıyla 35 oyuna çıxan eks forvard bu matçlarda 13 qol vurub.
Atilla