İngiltərə millisinin sabiq forvardı 4-cü liqa klubuna keçdi - RƏSMİ

İngiltərə millisinin sabiq forvardı 4-cü liqa klubuna keçdi - RƏSMİ

"Liverpul"un və İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Bordo"ya keçib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

35 yaşlı futbolçu karyerasını əsasən vətəni İngiltərədə keçirib və yalnız 2023-cü ilin yayında Fransaya köçərək "Amiens" komandasına qoşulub. O, sözügedən klubda keçirdiyi 35 oyunda 4 qol vurub.

Kerroll "Liverpul", "Vest Hem", "Nyukasl" "Ridinq", "Vest Bromviç" və "Preston"da çıxışları ilə tanınır. O, İngiltərə millisində 9 oyunda çıxıb və aktivində 2 qol var.

“Bordo” altıqat Fransa çempionudur. İflas səbəbindən klub yeni mövsümə dördüncü liqada başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər