İngiltərə millisinin sabiq çalışdırıcısı dünyasını dəyişdi

İngiltərə millisinin sabiq çalışdırıcısı dünyasını dəyişdi

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson 76 yaşında vəfat edib. 

Fanat.Az xəbər verir ki, bu barədə onun ailəsi sosial şəbəkə hesabı vasitəsilə məlumat paylaşıb.

Təcrübəli mütəxəssis pankreas xərçəngindən əziyyət çəkirdi. 

Sven-Qoran Eriksson karyerasının çox hissəsini İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarda çalışdırıb. O, həmçinin “Roma”, “Benfika”, “Fiorentina” da daxil olmaqla, bir sıra Avropa klublarını çalışdırıb, həmçinin Çində işləyib. 

İngiltərədə milli komandası ilə yanaşı, "Mançester Siti" və "Lester"i çalışdıran Eriksson həmçinin "Notts Kaunti" klubunun idman direktoru vəzifəsində çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər