İngiltərə millisinin qapıçısı 3 aylıq sıradan çıxdı

İngiltərə millisinin qapıçısı 3 aylıq sıradan çıxdı

İngiltərə millisinin qapıçısı Cek Batlend zədələnib.

Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, Almaniya ilə yoldaşlıq görüşündə (3:2) zədə alan 23 yaşlı futbolçu uzun müddətə sıradan çıxıb.

Topuğu qırılan qolkiper ilk hissənin sonlarında xərəklə meydanı tərk edib. Onun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə Batlend "Avro-2016"da İngiltərə yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Stok Siti"də çıxış edən Batlend cari mövsüm keçirdiyi 31 oyunda qapısından 37 top buraxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər