İngiltərə millisində holland mütəxəssis?

İngiltərə millisində holland mütəxəssis?

Roy Hocsonun istefasından sonra baş məşqçisiz qalan İngiltərə millisində axtarışlar davam edir. Hazırda bu posta bir neçə namizədin olduğu bildirilir.

Fanat.az xəbər verir ki, bunlardan biri Qus Hiddinkdi. Məlumata görə, holland mütəxəssis bu posta gəlmək istəyir və bununla bağlı İngiltərə Futbol Federasiyasına xəbər göndərib.

Qeyd edək ki, son olaraq ötən mövsüm "Çelsi"ni çalışdıran 69 yaşlı mütəxəssis indiyədək PSV, "Fənərbaxça", "Valensiya", "Real", "Betis", "Çelsi", "Anji" klublarına, Hollandiya, Cənubi Koreya, Avstraliya, Rusiya və Türkiyə millilərinə başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər