İngiltərə millisində gözlənilməz ayrılıq

İngiltərə millisində gözlənilməz ayrılıq

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeyt postundan ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti açıqlama yayıb. 

"102 oyundan və demək olar ki, səkkiz illik rəhbərlikdən sonra Qaret Sautgeyt İngiltərə millisinin baş məşqçisi vəzifəsindən getdiyini açıqladı", - qurumun açıqlamasında bildirilib.

Qeyd edək ki, Sautgeyt 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edirdi. 53 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda AÇ-2020 və AÇ-2024-də finalda oynayaraq sonda 2-ci yeri tutub. Onun milli komanda ilə müqaviləsinin müddəti 2024-cü ilin dekabrına kimi nəzərdə tutulmuşdu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər