İngiltərə millisində dava: ulduz futbolçu qovuldu

İngiltərə millisində dava: ulduz futbolçu qovuldu
Rahim Sterlinq İngiltərə millisinin heyətindən kənarlaşırılıb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin üzvü millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən çıxarılıb. "Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının XII turunda "Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib. Sterlinq baş verənlərdən sonra üzr istəyib.
Qeyd edək ki, İngiltərə millisi "AAVRO-2020"nin seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Monteneqro ilə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər