İngiltərə millisində daha bir ayrılıq

İngiltərə millisində daha bir ayrılıq

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə millisinin düşərgəsini tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

31 yaşlı oyunçu martın 23-də keçirilmiş Braziliya ilə yoldaşlıq matçının 67-ci dəqiqəsində zədələnib. Görüşdən sonra o, tibbi müayinədən keçib və nəticələrə əsasən, millinin heyətindən çıxarılıb. 

Martın 26-da İngiltərə millisi Londondakı “Uembli” stadionunda Belçika ilə yoxlama oyunu keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər