İngiltərə millisi də boykotlara qoşuldu: Ruslarla oynamayacaqlar

İngiltərə millisi də boykotlara qoşuldu: Ruslarla oynamayacaqlar

İngiltərə Futbol Assosiasiyası Rusiyanı boykot edir. 

Fanat.Az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Mənbə bildirir ki, ölkənin futbol qurumu Rusiya Federasiyası rəhbərliyinin hərəkətlərini pisləyir və Rusiya milliləri ilə bütün turnirlərdə oyunları boykot edəcəklər.

Xatırladaq ki, bundan əvvəl Polşa, Çexiya və İsveç milli komandaları DÇ-2022-nin pley-off mərhələsində Rusiya millisi ilə oynamaqdan imtina etdiklərini açıqlamışdı. Rusiya yığması pley-off mərhələsinin yarımfinalında Polşa ilə oynamalı idi. Bu cütün qalibi İsveç millisi və ya Çexiya millisi ilə birgə finalda qarşılaşmalı idi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər