İngiltərə klubu Türamı transfer edir

İngiltərə klubu Türamı transfer edir

“Nitsa”nın yarımmüdafiəçisi Kefren Türam Fransa çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Caught Offside" yayıb.

Mənbənin iddiasına görə, “Liverpul” 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Mersisaydlıların potensial transferinin qiyməti 25 milyon avro olaraq qiymətləndirilir. Kefrenin hazırkı klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Yarımmüdafiəçi bu mövsüm Fransa çempionatında 28 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər