İngiltərə klubu tarixinin ən bahalı transferini icarəyə verdi

İngiltərə klubu tarixinin ən bahalı transferini icarəyə verdi

İngiltərənin "Vulverhemton" klubu rəsmi saytı vasitəsi ilə tarixinin ən bahalı transferini icarəyə verdiyini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, "canavarlar"ın portuqaliyalı hücumçusu Fabiu Silva növbəti mövsümü icarə əsasında "Anderlext"də keçirəcək.

20 yaşlı forvard Belçika klubuna yollanmamışdan öncə "Vulverhempton"la müqavilə yeniləyəcək.

Qeyd edək ki, Silva 2020-ci ilin sentyabrında, 40 milyon avro qarşılığında "Portu"dan transfer olunub. Bu, "Vulverhemton"un yaranandan bəri bir futbolçu üçün ödədiyi ən yüksək məbləğdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər