İngiltərə klubu Sarriyə 3 illik müqavilə təklif etdi

İngiltərə klubu Sarriyə 3 illik müqavilə təklif etdi

"Latsio"nun baş məşqçi postunu tərk edən Mauritsio Sarri İngiltərədən yeni çağırış alıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Alfredo Pedulla şəxsi saytı vasitəsi ilə yayıb.

Xəbərə görə, Nunu Eşpirintu Santunun işindən narazı olan "Nottingem Forest"in rəhbərliyi italiyalı mütəxəssisə 3 illik müqavilə təklif edib. Mənbə 65 yaşlı Sarrinin "meşəbəyilər"in təklifini geri çevirdiyini açıqlayıb.

29 tura 21 xal toplayan "Nottingem Forest" İngiltərə Premyer Liqasının turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Sarri  "Latsio"dan martın 13-də ayrılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər