İngiltərə klubu braziliyalı futbolçu üçün 20 milyon avro ödədi

İngiltərə klubu braziliyalı futbolçu üçün 20 milyon avro ödədi

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Danilonu transfer edib.

21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb. İngilislər bu transfer üçün Braziliya klubuna 20 milyon avro təzminat ödəyiblər.

Danilo 2020-ci ilin oktyabrından formasını geyindiyi “Palmeyras”da 141 oyuna 12 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər