İngiltərə klubu 20 yaşlı oyunçunu rekord məbləğə transfer etdi

İngiltərə klubu 20 yaşlı oyunçunu rekord məbləğə transfer etdi

Almaniyanın "Hoffenhaym" klubunun 20 yaşlı hücumçusu Jorjinyo Rütter "Lids Yunayted"ə transfer olunub.

Fanat.Az İngiltərə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı Rütter 40 milyon avro qarşılığında heyətə qatılıb.

Bu, "Lids" tarixinin ən yüksək transfer məbləğidir. Jorjinyo müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər