İngiltərə klubu 18 yaşlı serbi transfer etdi

İngiltərə klubu 18 yaşlı serbi transfer etdi

İngiltərənin "Aston Villa" klubu "Srvena Zvezda"nın müdafiəçisi Kosta Nedelkoviçi transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu mövsümün qalan hissəsini icarə əsasında Serbiya klubunda keçirəcək.

"Transfermarkt"-ın məlumatına görə, futbolçunun keçidi "Aston Villa"ya 7,6 milyon avroya başa gəlib.

Nedelkoviç "Srvena Zvezda"nın heyətində bu mövsüm bütün turnirlərdə 18 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər