"Nyukasl"ın və İngiltərə millisinin əfsanəvi hücumçusu Alan Şirer "Liverpul"un mərkəz müdafiəçisi Cozef Qomesin cari mövsüm ortaya qoyduğu performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Şirerin sözlərini jurnalist Deyv Okkop şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"O, indi daha yaxşı olub. Məncə, əvvəllər tez-tez səhvlər edirdi, elə deyilmi? Ona qarşı oynasaydım, şansımı gözləyər, Conu necə keçmək barədə düşünərdim. Hazırda isə Qomes demək olar ki, səhv etmir".
Qeyd edək ki, 26 yaşlı Qomes 2015-ci ildən "Liverpul"dadır. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Nihat