İngiltərə futbolunda növbəti qalmaqal yaşanır. Fanat.az xəbər verir ki, bu dəfə ölkənin köklü klublarından olan "Lids"in başı bəladadı.
Belə ki, bir müddət əvvəl "Çempionşip" klubunu satın alan Massimo Kellino "Elland Road" stadionunda gizli kameralar aşkarlayıb. Bu barədə dərhal polisə məlumat verilib.
Polis klubun sabiq direktoru David Hayqin ifadəsini alıb. Bu zaman isə şok faktlar üzə çıxıb. David Şayq kamera sistemini özünün qurdurduğunu etiraf edib. Səbəbini isə belə izah edib: "Tualetlər, İdarə Heyətinin otağı və digər yerlərə kamera sistemini mən qurdurdum. Çünki həmin yerlərdə kokain kimi birinci dərəcəli narkotiv vasitələrdən istifadə olunması barədə məlumat almışdım. Narkotiklə idman bir arada ola bilməz. Bu meydanda da belədi, klub rəsmilərinin kabinetində də".
Fanat.az