"Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunan Neymarla sabiq klubu arasında gərginlik davam edir. Fanat.Az xəbər verir ki, Kataloniya barəsində klubunun müqavilə maddələrini pozuduğu üçün Barselona Sosial Məhkəməsində 8,5 milyon avroluq iddia qaldırdığı braziliyalı futbolçu FIFA-ya müraciət edib.
EFE-nin məlumatına görə, Neymar "Barselona"nın ilk müqavilə yenilənməsi zamanı ikinci ödəməni etmədiyini bildirərək klubdan 26 milyon avro tələb edib. FIFA-dakı mənbənin sözlərinə görə, ali futbol qurumu artıq araşdırmalara başlayıb.
Fanat.Az